"Real" futbolçusu ilə müqavilə müddətini uzadıb 

16:36 20.05.2019
Yazını böyüt
Yazını kiçilt

İspaniyanın "Real" klubunda yeni müqavilə qeydə alınıb.

Hafta.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, madridlilər yarımmüdafiəçisi Toni Kroosla müqavilə müddətini 2023-cü ilin yayına qədər uzadıblar.

29 yaşlı yarımmüdafiəçi başa çatan mövsümdə 40 oyuna 1 qol vurub, 6 qol ötürməsi verib.

Almaniya millisinin üzvü 2014-cü ildən "Real"da çıxış edir.